YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məlahət İbrahimqızı: Rusiya-Türkiyə münasibətlərinin normallaşması Qarabağ probleminin həllinə hansısa formada təsir edəcək

«Rusiya-Türkiyə münasibətlərinin normallaşması Qarabağ probleminin həllinə hansısa formada təsir edəcək». Bu fikri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı bildirib ki, Türkiyə-Azərbaycan-Rusiya münasibətlərinin güclənməsi bizim ən vacib problemimiz olan Qarabağ probleminin həllində çox zəruridir. Onun sözlərinə görə, iki dövlət arasında münasibətlərin normallaşmasına Azərbaycan Prezidenti  İlham Əliyevin çox böyük rolu oldu.

«Bu gün beynəlxalq münasibətlərdə, diplomatiyada - “Böhranların idarə olunması” xüsusi bir elm kimi tədris edilir. Hem nəzəri , həm də təcrübi.  Bu, dünyanın ən böyük universitetlərində keçirilən fəndir. Böhranların idarə olunması ən böyük diplomatik məharət  ve nailiyyətdir. Azərbaycan ərazisinə və əhalisinin sayına görə elə də böyük dövlət deyil. Amma  bu dövlətin Prezidentinin zəngin dövlət idarəçilik,  siyasi-diplomatik təcrübəsi, uzaqgörənliyi Türkiyə-Rusiya gərginliyinin yumşalmasında, münasibətlərin yenidən bərpa olunmasında mühüm rol oynadı. Prezident İlham Əliyevin bu addımı gələcəkdə böhranların idarə olunmasında İlham Əliyev metodu kimi tarixə düşəcək. Necə ki, Atatürk, De Qol, Linkoln, Qandi kimi dünya liderlərinin adı bu diplomatik  məharətləri tarixə yazılmışlar ve gələcəyin diplomatlarına öyrədirlər»- deyə, M.İbrahimqızı vurğulayıb.