YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xəzəryanı ölkələrin XİN rəhbərləri dənizin hüquqi statusunu müzakirə edəcəklər

Xəzəryanı ölkələrin XİN rəhbərləri dənizin hüquqi statusunu müzakirə edəcəklər.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə deyib. /Trend/

Onun sözlərinə görə, Xəzərin hüquqi statusunu müzakirə etmək üçün Xəzəryanı ölkələrin XİN rəhbərlərinin yığıncağı iyulun 12-13-də Astanada baş tutacaq.

M.Zaxarova qeyd edib ki, Rusiya, Qazaxıstan, Azərbaycan, Türkmənistan və İranın XİN rəhbərlərinin görüşündə Xəzəryanı ölkələrin dənizin hüquqi statusunun müəyyənləşdirilməsi sahəsində qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunacaq: "Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi məsələsi bütün sahilyanı ölkələr üçün prioritetdir".