YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP İdarə Heyətinin iclası keçirilmişdir

İyul ayının 5-də Yeni Azərbaycan Partiyası İdarə Heyətinin növbəti iclası keçirilmişdir.

İclasda 2016-cı ilin ikinci yarısında həyata keçiriləcək tədbirlər və İdarə Heyətinin 2016-cı ilin ikinci yarımilliyinə dair iş planı müzakirə edilmiş, YAP İdarə Heyətinin 2016-cı ilin birinci yarımillik fəaliyyəti haqqında hesabatı qəbul edilmişdir. Qeyd edilmişdir ki, 2016-cı ildə də Azərbaycanın iqtisadi və sosial həyatında inkişaf uğurla davam etdirilmişdir.

Bəhs edilən dövrdə 90 saylı Agdaş seçki dairəsində  təkrar  parlament seçkisi keçirilmişdir. Parlament seçkisində yaxından iştirak edən YAP  möhtəşəm qələbə qazanmış və bununla da  Yeni Azərbaycan Partiyasını parlamentdə təmsil edən deputatların sayı 72 nəfərə çatmışdır.  Vurğulanmışdır ki, Prezident İlham Əliyevin Azərbaycanın tərəqqisi, inkişafı, xalqın rifahının yüksəldilməsi, ölkənin beynəlxalq mövqelərinin möhkəmlənməsi və digər sahələrdə gördüyü işlər seçki kampaniyasında əsas yer tutmuşdur. 

2016-cı ilin müvafiq dövründə Yeni Azərbaycan Partiyası müxtəlif xarakterli bir sıra mühüm tədbirlər həyata keçirməklə ölkənin ictimai-siyasi həyatında yaxından iştirakını davam etdirmişdir. 

YAP beynəlxalq əlaqələrinin daha da genişləndirilməsi istiqamətində səylərini uğurla davam etdirmişdir.  Xüsusilə müxtəlif ölkələrin aparıcı partiyaları və demokratik təsisatları ilə Yeni Azərbaycan Partiyası arasında işgüzar və səmimi münasibətlər daha da genişləndirilmiş, bir sıra mühüm görüşlər keçirilmişdir.

Qeyd olunmuşdur ki, 2016-cı ilin birinci yarım ilində Yeni Azərbaycan Partiyasının sıralarına 13 min nəfərdən çox yeni üzv qəbul edilmiş, bununla da partiya üzvlərinin sayı 679 min nəfəri keçmişdir. Partiyaya daxil olanların sırasında gənclər və qadınlar üstünlük təşkil etmişdir.

İclasda YAP İdarə Heyətinin 2016-cı ilin birinci yarım ilinə dair hesabatı, İdarə Heyətinin 2016-cı ilin ikinci yarımilliyinə dair iş planı geniş müzakirə olunduqdan sonra qəbul olunmuşdur.

İdarə Heyətinin iclasının gündəliyində duran digər məsələ “Yeni Azərbaycan” və “Səs” qəzetlərinin fəaliyyəti ilə bağlı hesabatın dinlənilməsi ilə bağlı  olmuşdur.