YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Stadler” Bakı-Tbilisi-Qars istiqamətində hərəkət edəcək qatarın vaqonlarını Almaniyada nümayiş etdirəcək

2016-cı il sentyabrın 20-23-də Almaniyanın paytaxtı Berlində keçiriləcək “InnoTrans-2016” dəmir yolları infrastrukturuna dair beynəlxalq sərgidə İsveçrənin “Stadler Rail Group” şirkətinin “Azərbaycan Dəmir Yolları” QSC-nin sifarişi ilə istehsal etdiyi və Bakı-Tbilisi-Qars dəmir yolu xəttində hərəkət edəcək qatarın yataq tipli sərnişin vaqonları nümayiş etdiriləcək.

Sərgi zamanı “Stadler Rail Group” Böyük Britaniya və İsveç üçün istehsal etdiyi lokomotiv və qatarların da nümayişini həyata keçirəcək.

Xatırladaq ki, Bakı-Tbilisi-Qars marşrutu üzrə hərəkət edəcək qatarlar üçün Azərbaycan tərəfi “Stadler” şirkətinə 30 ədəd yataq tipli vaqon sifariş edib. Vaqonlar “standart”, “komfort”, “biznes” və “restoran” olmaqla dörd kateqoriyada istehsal olunur. Kateqoriyasından asılı olaraq vaqonlarda 10, 20 və 32 nəfərlik yer olacaq.

Bakı-Tbilisi-Qars dəmir yolu xətti bu ilin sonunda istifadəyə veriləcək.