YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami Cəfərov: Türkiyədə baş verən terror hadisəsi insanlığa qarşı yönəlib

«Türkiyədə baş verən terror hadisəsi insanlığa qarşı yönəlib». Bu fikri Milli Məclisin deputatı Nizami Cəfərov deyib.

N.Cəfərov bildirib ki, bu terroru törədənlər Türkiyəni güclü dövlət kimi görmək istəməyən qüvvələrdir. Onun sözlərinə görə, bütun bunlara baxmayaraq Türkiyə regionda söz sahibi olan dövlətdir.
«Azərbaycan xalqı da birmənalı olaraq türk xalqını acısını paylaşır. Bugünlər cəmiyyətimizin ifadə etdiyi mövqe  Azərbaycan ilə Türkiyənin münasibətlərinin hansı prinsiplərə əsaslandığını bir daha təsdiqlədi. Bu, dostluq və qardaşlıq prinsipləridir. Şübhə yoxdur ki, dövlətlərimiz gələcəkdə də bütün məsələlərdə həmrəylik və birlik nümayiş etdirəcək»- deyə, N.Cəfərov vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv