YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

SOCAR altı ayda Ceyhan limanından 8,5 milyon tondan çox neft ixrac edib

SOCAR iyunda Novorossiysk limanından 159 min 574 ton, Supsa limanından 176 min 120 ton, Ceyhan limanından isə 1 milyon 340 min 337 ton xam neft ixrac edib.

SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, yanvar-iyun aylarında Novorossiysk limanından 479 min 73 ton, Supsa limanından 1 milyon 217 min 67 ton, Ceyhan limanından 8 milyon 536 min 793 ton, Kulevi terminalından isə 14 min 946 ton xam neft ixrac olunub.

SOCAR tərəfindən ixrac olunan xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.