YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan jurnalistləri ATƏT PA-nın Tbilisidə keçirilən sessiyasında erməni təxribatının qarşısını alıblar

Azərbaycan jurnalistləri ATƏT Parlament Assambleyasının Tbilisidə keçirilən 25-ci sessiyasında erməni təxribatının qarşısını alıblar.

Azərbaycan Televiziyasının xüsusi müxbirləri sessiyanın keçirildiyi zalda masanın altında erməni dilində Qarabağla bağlı kitabların olduğunu aşkar edib və bu nəşrlərin yığışdırılmasını tələb ediblər. Tədbiri işıqlandıran digər azərbaycanlı jurnalistlər də bu tələbə qoşulublar.

ATƏT PA-nın beynəlxalq əlaqələr şöbəsinin müdiri Bo Nilsen işə qarışdıqdan sonra kitablar zaldan yığışdırılıb.

Kitabda bu il aprelin əvvəlində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən hadisələrlə bağlı yalan məlumatlar əks olunub.

 

DİGƏR Xəbərlər Arxiv