YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ukrayna Baş nazirinin müavini ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Ukrayna Baş nazirinin müavini, regional inkişaf, tikinti və mənzil-kommunal təsərrüfatı naziri Gennadi Zubkonun başçılığı ilə Azərbaycanda rəsmi səfərdə olan nümayəndə heyəti iyulun 1-də Fəxri xiyabana gələrək, Azərbaycan xalqının ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edərək, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən nümayəndə heyətinin üzvlərinə Şəhidlər xiyabanı və şəhərdə aparılan abadlıq və quruculuq işləri barədə məlumat verilib.