YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Daniel Kristian Çiobanu: NATO-Azərbaycan əlaqələri strateji dəyərə malikdir

NATO ilə Azərbaycan arasında əlaqələr inkişaf edir və strateji dəyərə malikdir. NATO-Azərbaycan tərəfdaşlığı fəal siyasi dialoqa və mühüm praktiki əməkdaşlığa əsaslanır.

Bu fikirləri Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çiobanu NATO-nun Azərbaycanda Beynəlxalq Məktəbinin (NISA) yay sessiyası çərçivəsində “NATO tərəfdaşlıqları və Avratlantik məkanda təhlükəsizliyin bölünməzliyi” mövzusunda keçirilən paneldə çıxışı zamanı bildirib.

Səfir qeyd edib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminində vacib rol oynayır və yük daşımalarında böyük imkanlara malikdir.

Diplomat vurğulayıb ki, NATO-nun iyulun 8-9-da Varşavada keçiriləcək Sammitində Avropada və onun ətrafında təhlükəsizliyin gücləndirilməsi baxımından mühüm qərarlar qəbul ediləcək. NATO daxildə təhlükəsizliyi qorumaq üçün sərhədlərindən kənarda da sabitliyə nəzarət etməlidir.