YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in komitə sədri: Ermənilərin tarixi saxtalaşdırmaq istəyi mümkün deyil

«25 ildir ki, Azərbaycandakı 200-dən artıq muzeyin 22-si, eləcə də 6 rəsm qalereyası, 762 dünya və ölkə əhəmiyyətli mədəniyyət abidəsi, 1431 mədəniyyət müəssisəsi, 4 milyon 600 min kitab və əlyazmanın saxlandığı 927 kitabxana Ermənistanın hərbi təcavüzü nəticəsində işğal altındakı ərazilərdə qalıb. İndi “mədəniyyət və demokratiya” prizmasından Azərbaycanın Ermənistan tərəfindən zəbt edilmiş bu irsi və sərvətlərinin taleyini araşdırarkən xeyli narahat bir mənzərə ortaya çıxır». Bu fikirləri Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov deyib.

R.Hüseynov bildirib ki, bu sərvətin arasında elələri var ki, yaşı yüzillərlə deyil, minillərlə ölçülür. Bu isə o deməkdir ki, həmin irs lap çoxdan Azərbaycanla yanaşı bütün bəşəriyyətə aid olan mirasdır. Lakin təssüflər ki, onların əksəriyyəti ya məhv edilib, ya da qəsb edilərək erməniləşdirilib”. 

«Ermənistanın işğal altında saxladığı Laçın rayonunda dördüncü əsrə aid Ağoğlan qəsri qalıb. 2006-cı ildə erməniər həmin qəsrin divarlarına 26 yazılı daş lövhə əlavə ediblər ki, guya bu abidənin onlara məxsusluğuna tarixi sübut yaratsınlar. Digər tərəfdən həm də o təsəvvürü oyatmağa  çalışıblar ki, guya bu yerlərə gəlmə deyillərmiş, buralarda elə orta əsrlərdən bəri yaşayırmışlar. Lakin tarixi belə asanlıqla saxtalaşdırmaq mümkün deyil. İş ondadır ki, hələ XX əsrin 70-ci illərində Azərbaycan arxeoloqları və tarixçiləri həmin abidəni müfəssəl araşdıraraq tam təsvirini əhatə edən kitablar buraxmış, dissertasiyalar yazmışlar. Bu danılmaz dəlillər isə erməni yalanlarını dərhal və qeyd-şərtsiz ifşa edir. Ermənistan “mədəniyyət və demokratiya” müstəvisində belə miskin görünür. Halbuki  “Silahlı münaqişlər baş verdikdə mədəni sərvətlərin qorunması” haqqqında 1954-cü il Haaqa konvensiyası, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyası, “Dünya mədəni və təbii irsinin mühafizəsi haqqında 1972-ci il UNESCO konvensiyası həmin irsə tamam başqa münasibəti tələb edir»- deyə, komitə sədri vurğulayıb.