YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Quliyev: Azərbaycanın sosial-iqtisadi strategiyasında iqtisadiyyatın diversifikasiyası prinsipi prioritetdir

«Azərbaycanın sosial-iqtisadi strategiyasında iqtisadiyyatın diversifikasiyası  prinsipi prioritetdir. Ölkəmizin hərtərəfli harmonik inkişafını təmin etmək üçün neft və qeyri-neft sektoru, Bakı, regional mərkəzlər və regionlar inkişaf etdirilir». Bu fikirləri Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, belə inkişaf Azərbaycanın demoqrafiq vəziyyətini nəzarətdə saxlamağa, əhali məskunluğunu bütün ölkə ərazisində təxminən eyni səviyyədə qorumağa, insanların sosial rifah halında yaşamasına şərait yaradır.

«Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında Azərbaycanın qeyri-neft sektorunun inkişaf istiqamətinin əsas istiqamətlərindən biri  kənd təsərüffatıdır. Ölkəmizin coğrafi iqlim şəraiti kənd təsərüffatı məhsullarının bir çox çeşidlərini və növlərini istehsal etməyə imkan verir. Regionların sosial-iqtisadi inkişafı proqramlarının icrasına başladıqdan sonra kənd təsərüffatının inkişafına ciddi önəm verilməyə başlanıldı. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasına əsasən Azərbaycan yaxın illərdə dünyanın inkişaf etmiş ölkələri sırasına daxil olmalıdır. ölkəmizin əhalisinin sosial-rifah halı bundan sonra 2 dəfə və ümumdaxili məhsul 3 dəfə artmalıdır»- deyə, M.Quliyev qeyd edib.

 

DİGƏR Xəbərlər Arxiv