YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanlı alim Moldоva Elmlər Akademiyasının fəxri həqiqi üzvü seçilib

Kişineu şəhərində Moldova Elmlər Akademiyasının 55, ilk elmi-tədqiqat institutlarının yaranmasının 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutundan (İSİ) bildiriblər ki, tədbirin rəsmi açılışında ölkə rəhbərliyinin nümayəndələri, xarici qonaqlar, mədəniyyət birliklərinin və şirkətlərin təmsilçiləri, tədqiqatçılar iştirak ediblər.

Mərasimdə görkəmli elm xadimlərinə fəxri adlar və mükafatlar təqdim olunub. İSİ-nin laboratoriya rəhbəri, fizika-riyaziyyat elmləri doktoru, professor Asəf Hacıyevə Moldova Elmlər Akademiyasının fəxri həqiqi üzvü adı verilib.