YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Babaoğlu: 15 iyun 1993-cü ildən başlayaraq Azərbaycanın idarəçiliyi əmin, etibarlı əllərdədir

«15 İyun Milli Qurutluş Günü müasir Azərbaycan dövlətçiliyinin təməllərinin qoyulduğu gündür. 1993-ci ildə biz dövlət müstəqilliyimizlə vidalaşma təhlükəsi yaşayırdıq. Belə bir məqamda böyük dövlətçilik bacarığına malik, xalqı birləşdirəcək və siyasi-sosial təsisat, funksonal aparat quracaq liderə ehtiyac yaranmışdı. Bu şəxsiyyət isə Ulu öndər Heydər Əliyev idi. Ümummilli liderimiz Heydər Əliyev 1993-cü ilin 15 iyununda Azərbaycan xalqını siyasi baxımdan yenidən təşkilatlandıraraq onun müasir dövlətçiliyinin əsaslarını qoydu». Bu fikirləri "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

H.Babaoğlu bildirib ki, həmin dövrdə cəmiyyətdə sosial, mədəni kimliklə bağlı bir axtarış vardı. Onun sözlərinə görə, Ulu öndər Heydər Əliyev cəmiyyətə onun birliyini təmin edəcək ideyanı təqdim etdi. Bu impluslar o qədər dəqiq ünvana yönləndirilirdi ki, Azərbaycan cəmiyyəti bunun ətrafında birləşməyə başladı. Nəticə etibarı ilə bir müddətdən sonra Ulu öndərimiz tərəfindən azərbaycançılıq ideologiyası cəmiyyətə təqdim olundu.

«Bu, Azərbaycandakı bir sıra ayırıcı, dağıdıcı, seperatçılığa xidmət edə biləcək meyllərin qarşısını almağa xidmət göstərdi. Bu mərhələdə artıq cəmiyyətin vahid maraqlar ətrafındap bir olduğunun şahidinə çevrildik. Artıq Azərbaycan vətəndaşı özünü öz milli dövləti ilə identifikasiya edirdi. Bu isə milli dövlətçiliyimizin möhkəmlənməsinə şərait yaratdı. Azərbaycanda siyasi iradə bu gün birləşməyə, milli maraqlar ətrafında cəm olmağa köklənib. Bu gün Prezident İlham Əliyevin apardığı siyasi kurs milli maraqlarımızın qorunmasına xidmət göstərir. Bunun nəticəsidir ki, bu gün ölkəmizdə milli dövlətçilik ənənəsi inkişaf edir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu bu siyasi kurs uğurla davam və inkişaf etdirilir. Azərbaycanın güclü inkişafi məhz 15 iyun 1993-cü ildən sonra  başlayır. O gündən etibarən Azərbaycanın idarəçiliyi əmin, etibarlı əllərdədir. Ölkəmizin özünəməxsus unikal, miilli maraqlara xidmət edən xarici siyasəti formalaşıb, iqtisadi inkişafımız davamlı hal alıb»- deyə, H.Babaoğlu vurğulayıb.