YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tacikistanda Azərbaycan filmləri festivalı keçirilib

Tacikistan Mədəniyyət Nazirliyinin verdiyi məlumata görə Düşənbədə Azərbaycan filmləri festivalı keçirilib.

Festival paytaxtdakı Kino evində Azərbaycan rejissorları Elxan Cəfərovun “Yarımçıq xatirələr” bədii filmi ilə açılıb.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çəkilmiş “Yarımçıq xatirələr” filmi 1941-ci ildə Brest qalasını faşistlərdən qəhrəmancasına qorumuş və 50 ildən sonra doğma Dağlıq Qarabağını erməni işğalçılarından müdafiə etməyə qalxmış bir əsgərin taleyindən bəhs edir.

Sonra “Vəkil hanı”, “Səyyah” kimi populyar filmlər, həmçinin animasiya və sənədli filmlər göstərilib.

Azərbaycan filmlərinin təqdimatı Düşənbənin “Cavonon”, “Zebuniso” kinoteatrları və “Tacikfilm” kinostudiyasında təşkil olunub.