YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatinin fəal gəncləri növbəti xeyriyyə aksiyasını keçiriblər

Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatinin fəal gəncləri Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə növbəti xeyriyyə aksiyasını keçiriblər. Gənclər Qocalar Evinə gedərək, bir qrup ahılla birgə Gəncə şəhərinin ən füsunkar, müqəddəs məkanı olan Heydər Əliyev Park Kompleksinə gəliblər.

Qurtuluşumuzun rəmzi olan, əfsanəvi “Zəfər Tağı” qarşısında ayaq saxlayan yaşlı nəslin nümayəndələri, unudulmaz xatirələri yada salaraq arxada qalan illəri yenidən vərəqləyiblər, bu günümüzün uğurlarını, qələbələrini alqışlayıblar. Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri sayəsində Azərbaycanın, həmçinin qədim Gəncənin çox böyük inkişaf yolu keçdiyini söyləyiblər.

Parka daxil olan aksiya iştirakçıları təmiz havada gəzərək, Ulu Öndərin əziz xatirəsinə ucaldılmış böyük abidə-Heydər Əliyev Mərkəzi qarşısına gəliblər. Ümummilli liderin heykəli önünə gül-çiçək dəstələri qoyublar.

Sonda yaşlılar bu unudulmaz və maraqlı günü onlara bəxş etdiklərinə görə tədbirin təşkilatçılarına dərin təşəkkürlərini bildiriblər.