YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Füzuli rayonunda avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Füzuli rayonunun Qarabağ-Böyük Bəhmənli-Arayatlı-Mirzənağılı avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzaladı.

Sərəncama əsasən, İyirmi səkkiz min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Qarabağ-Böyük Bəhmənli-Arayatlı-Mirzənağılı avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 5,4 milyon (beş milyon dörd yüz min) manatı Füzuli Rayon İcra Hakimiyyətinə ayrıldı.

 

DİGƏR Xəbərlər Arxiv