YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yunanıstanın Energetika və Ətraf Mühit Nazirliyi TAP-ın tikintisi üçün rəsmi icazə verib

Yunanıstanın Energetika və Ətraf Mühit Nazirliyi Trans-Adriatik boru kəmərinin (TAP) tikintisi üçün rəsmi icazə verib.

TAP-ın rəsmi saytına istinadla xəbər verir ki, verilən icazə Yunanıstanda boru kəmərinin tikintisi fəaliyyətinin qrafik üzrə icrasına imkan verir.

TAP-ın icraçı direktoru Yan Bradşou bildirib ki, Yunanıstan hökumətinin səlahiyyətli orqanlarla bütün səviyyələrdə səmərəli əməkdaşlığı nəticəsində layihənin icrası gözlənildiyi kimi inkişaf edir: “Məmnuniyyətlə qeyd edim ki, Yunanıstan üçün boru qrupları Saloniki və Kavalaya çatdırılmağa davam etdirilir”.

Uzunluğu təxminən 870 kilometr olan Trans-Adriatik boru kəməri Türkiyə ilə Yunanıstan sərhədində yerləşən Kipoi məntəqəsində Trans-Anadolu qaz boru kəmərinə (TANAP) birləşəcək. TAP layihəsi “Şahdəniz-2” yatağından çıxarılan qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır.

TAP-ın səhmdarları belədir: bp (20 faiz), SOCAR (20 faiz), Statoil (20 faiz), Fluksiz (19 faiz), Enagas (16 faiz) və Axpo (5 faiz).

 

DİGƏR Xəbərlər Arxiv