YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məlahət İbrahimqızı: Dağlıq Qarabağ münaqişəsinin indiyə qədər siyasi yolla həll edilməməsinin səbəbi beynəlxalq ictimaiyyətə yaxşı məlumdur

«Dağlıq Qarabağ münaqişəsinin indiyə qədər siyasi yolla həll edilməməsinin səbəbi beynəlxalq ictimaiyyətə yaxşı məlumdur». Bu fikri yap.org.az saytına YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı bildirib ki, Ermənistanın indiki rejimi münaqişənin həllinə maraqlı deyil. Onun sözlərinə görə, işğalçı dövlət status-kvonun saxlanılmasına maraqlıdır.

«Sarkisyan hakimiyyəti müxtəlif bəhanələrlə münaqişənin həllinin uzanmasına çalışır. Artıq problemin həllinin zamanı çatıb, Ermənistanın danışıqlar prosesində imitasiya məqsədilə iştirakına son qoyulmalıdır. Aprelin əvvəlində cəbhə xəttində baş verənlər bunu təsdiqləyir. Şübhəsiz ki, Ermənistan ictimaiyyəti də bu torpaqların onlara məxsus olmadığını yaxşı bilirlər. Biz xaricdə beynəlxalq təşkilatların tədbirlərində olarkən şahidi olmuşuq ki, erməni qadınları da övladlarının başqlarının torpağında ölməsini istəmədiklərini deyiblər. Yəni münaqişənin həll olunmasının başlıca səbəbi Sarkisyan hakimiyyətinin qeyri-konstruktiv mövqeyidir. Ona görə də, beynəlxalq ictimaiyyət, ATƏT-in Minsk qrupu Ermənistanın işğalçılıq siyasətinə son qoyulması üçün qətiyyətli addımlar atmalıdırlar»- deyə, YAP Siyasi Şurasının üzvü vurğulayıb.