YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qırğızıstan Prezidenti MDB Hökumət Başçıları Şurasının iclasında iştirak edən nümayəndə heyətlərinin rəhbərlərini qəbul edib

Qırğızıstan Prezidenti Almazbek Atambayev MDB Hökumət Başçıları Şurasının (HBŞ) iclasında iştirak etmək üçün Bişkekə səfərə gələn nümayəndə heyətlərinin rəhbərlərini qəbul edib.

Görüşdə Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov da iştirak edib.

Almazbek Atambayev qonaqları salamlayaraq bildirib ki, Qırğızıstana MDB Hökumət Başçıları Şurasının yubiley görüşünü keçirmək nəsib olub və mən bundan çox məmnunam. İclasa işində uğurlar arzulayan dövlət başçısı əmin olduğunu bildirib ki, biz bu ilin sentyabrında Qırğızıstanda MDB Dövlət Başçıları Şurasının iclasını da yüksək səviyyədə keçirəcəyik.

Almazbek Atambayev MDB-də və bu qurumun işçi orqanlarında islahatlar aparılmasını dəstəkləyib və qeyd edib ki, bugünkü iclasda da bu istiqamətdə müzakirələr aparılacaq.