YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bişkekdə MDB Hökumət Başçıları Şurasının yubiley iclası başlayıb

İyunun 7-də Bişkekdəki “Ala-Arça” Dövlət iqamətgahında Qırğızıstanın sədrliyi ilə MDB Hökumət Başçıları Şurasının yubiley iclası öz işinə başlayıb.

İclasda Rusiya, Qırğızıstan, Qazaxıstan, Belarus, Moldova, Tacikistanın Baş nazirləri Dmitri Medvedev, Sooronbay Jeenbekov, Kərim Məsimov, Andrey Kobyakov, Pavel Filipp, Koxir Rasulzoda, Azərbaycanın Baş nazirinin müavini Yaqub Eyyubovun rəhbərliyi ilə nümayəndə heyətləri iştirak edir.

Özbəkistan və Türkmənistan iclasda Baş nazirlərin müavinlərinin rəhbərlik etdikləri nümayəndə heyətləri ilə təmsil olunurlar.

İclasda MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev də iştirak edir.

Ukrayna nümayəndə heyəti iclasa gəlməyib.

İclasda MDB ölkələrində müxtəlif sahələrdə inteqrasiya proseslərinin daha da dərinləşməsi istiqamətində iyirmidən çox sənəd layihəsini nəzərdən keçirmək planlaşdırılır.

Tədbirdə əlaqələrin genişləndirilməsi ilə bağlı bir sıra sənədlərin imzalanması da gözlənilir.