Xəbərlər
Bahar Muradova: Dağlıq Qarabağ məsələsi ATƏT PA-nın sessiyasında qaldırılacaq

Dağlıq Qarabağ məsələsi ATƏT Parlament Assambleyasının iyulun 1-dən 5-dək keçiriləcək yay sessiyasında Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyəti tərəfindən qaldırılacaq.
Bunu Trend-ə Milli Məclisin vitse-spikeri, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib.
Onun sözlərinə görə, ATƏT Parlament Assambleyasının yay sessiyasında dünyanı narahat edən bəzi məsələlər gündəmə gətiriləcək:
"Əlbəttə ki, Dağlıq Qarabağ məsələsi də gündəmdəki məsələlərdən biridir. Bu məsələ bizim tərəfimizdən birmənalı şəkildə sessiyada qaldırılacaq".