YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırım Şəhidlər xiyabanını ziyarət edib

Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırım iyunun 4-də Şəhidlər xiyabanını ziyarət edib.

Burada Türkiyə Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Baş nazir Binəli Yıldırım Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndirilib.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən Baş nazirə Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Sonra Türkiyənin Baş naziri Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə əklil qoyub, şəhidlik kitabəsinin üstünə gül dəstələri düzüb.

Baş nazir Binəli Yıldırım xatirə kitabına ürək sözlərini yazıb, Azərbaycan və Türkiyə xalqlarının əsrlərin dərinliyinə gedən qardaşlıq münasibətlərinin olduğunu və ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdiyini bildirib.

 

DİGƏR Xəbərlər Arxiv