YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

2016-cı ildə Transxəzər nəqliyyat marşrutu üzrə 53-ə qədər konteyner qatarı təşkil edilməsi nəzərdə tutulur

2016-cı ildə Qazaxıstan ərazisi ilə Çin–Avropa–Çin istiqamətində 100 min konteyner daşınacaq. Bu, 2015-ci ilin müvafiq göstəricisindən iki dəfə çoxdur.

“Kazakstan temir jolı” milli şirkəti” səhmdar cəmiyyətinin prezidenti Askar Mamin bunu Soçidə keçirilən “Strateji tərəfdaşlıq 1520” mövzusunda XI Beynəlxalq dəmir yol biznes-forumunda bildirib.

Transxəzər beynəlxalq nəqliyyat marşrutu üzrə “Nomad Express” konteyner servisi işə salınıb, Çindən Azərbaycana, Türkiyəyə və geriyə, habelə Ukraynadan Çinə pilot konteyner qatarları təşkil edilib.

Cari, 2016-cı ildə Çin – Qazaxıstan – Azərbaycan – Gürcüstan – Türkiyə marşrutu üzrə 53-ə qədər konteyner qatarı təşkil edilməsi nəzərdə tutulur.

Baltikyanı ölkələrdən Qara dəniz limanları vasitəsilə konteyner qatarlarının hərəkətinin nizamlanması, təyinat məntəqəsi Qazaxıstan, Mərkəzi Aşıya ölkələri və Çin olan “Nomad Express” konteyner servisi ilə inteqrasiya edilməsi planlaşdırılır. Qazaxıstan dəmir yollarının rəhbəri bildirib ki, Asiya ilə Avropa arasında körpü rolu oynayan Transxəzər marşrutunun potensialı 2020-ci ilə qədər 300 min ədəd iyirmi futluq konteyner ekvivalenti həcmində qiymətləndirilir