Xəbərlər
Nazir: Ölkəmizdə qeyri-neft sektorunun inkişafı prioritetdir

«Ölkəmizdə qeyri-neft sektorunun inkişafı prioritetdir». Bu fikri iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Ş.Mustafayev bildirib ki, Azərbaycan iqtisadiyyatının inkişafı ilə əlaqədar müxtəlif tədbirlər həyata keçirilir. Onun sözlərinə görə, sahibkarlığın stimullaşdırılması məqsədilə bu sahədə yoxlamalar dayandırılıb, lisenziyaların və icazələrin sayı kəskin azaldılıb.
«Həmçinin gömrük prosedurları sadələşdirilib, Apellyasiya Şuraları yaradılıb. Eləcə də, maliyyə bazarlarına nəzarət gücləndirilib, investisiyaların təşviqi sahəsində bir sıra tədbirlər görülüb. Belə tədbirlər davamlı olacaq»- deyə, nazir vurğulayıb.