YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və Çin Milli Neft Korporasiyası qarşılıqlı anlaşma haqqında Memorandum imzalayıblar

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) və Çin Milli Neft Korporasiyası (CNPC) neft-qaz və neft-kimya sahələrində qarşılıqlı anlaşma haqqında Memorandum imzalayıblar.

Sənədi Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və Çin Milli Neft Korporasiyasının vitse-prezidenti Vang Şi Honq imzalayıblar.

İmzalanma Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun daimi üzvü, Çin Xalq Respublikası Dövlət Şurası Sədrinin birinci müavini Can Qaolinin Bakıya səfəri çərçivəsində baş tutub.

Azərbaycan Respublikasının Hökuməti və Çin Xalq Respublikasının Hökuməti arasında texniki-iqtisadi əməkdaşlıq haqqında Saziş də imzalanıb. Sənədi Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov və Çin Kommersiya Nazirliyinin beynəlxalq ticarət danışıqlarında nümayəndəsi, Çin Xalq Respublikasının kommersiya nazirinin müavini Cun Şan imzalayıblar.

Sənədlərin imzalanması mərasimində Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun daimi üzvü, Çin Xalq Respublikası Dövlət Şurası Sədrinin birinci müavini Can Qaoli iştirak ediblər.

 

DİGƏR Xəbərlər Arxiv