YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-NATO münasibətlərinin perspektivləri müzakirə edilib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberq ilə görüşündə ölkəmiz və Alyans arasında əməkdaşlıqla bağlı müzakirələr aparılıb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycan-NATO tərəfdaşlığının inkişafından məmnunluq ifadə olunub.

Azərbaycanın NATO-nun Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Proqramı, Planlaşdırma və Təhlil Prosesi və Əməliyyat İmkanları Konsepsiyası proqramlarında fəal iştirakı təqdir edilib. Həmçinin ölkəmizin Əfqanıstanda NATO qüvvələri üçün tranzit imkanlar təqdim etməsi, eləcə də sülh və təhlükəsizliyin təmin olunması məqsədilə həyata keçirilən Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) və Qətiyyətli Dəstək missiyalarına verdiyi töhfələr xüsusilə qeyd olunub.

Azərbaycanın Əfqanıstanla münasibətlərinin ikitərəfli əsasda da yüksək səviyyədə inkişaf etdiyi bildirilərək, Əfqanıstanın Təhlükəsizlik Şurasının katibi Mohammad Xanif Atmarın bu yaxınlarda ölkəmizə səfərinin buna bariz nümunə olduğu vurğulanıb. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin işə düşməsinin Əfqanıstanın regional nəqliyyat infrastrukturuna çıxış imkanlarını artıracağı bildirilib.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rolu qeyd olunaraq, TANAP və TAP qaz kəmərləri layihələrinin uğurla icra edildiyi vurğulanıb.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi haqqında ətraflı məlumat verərək, Vyana görüşünün substantiv danışıqlara başlamaq üçün əlverişli imkanlar yaratdığını söyləyib. ATƏT-in Minsk qrupunun həmsədrləri və bütün beynəlxalq ictimaiyyətin mövcud status-kvonu etibarsız, qeyri-davamlı və qəbuledilməz hesab etdiyini deyən Elmar Məmmədyarov status-kvonun dəyişdirilməsi üçün işğal faktına son qoyulmalı və Ermənistan qoşunlarının zəbt edilmiş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu diqqətə çatdırıb.

Görüşdə, həmçinin Azərbaycan-NATO münasibətlərinin perspektivləri, beynəlxalq və regional məsələlər barədə fikir mübadiləsi aparılıb.

 

DİGƏR Xəbərlər Arxiv