YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 165 nəfər əlilliyi olan şəxsi istirahət və sağlamlıq mərkəzlərinə göndərdi

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərin respublikamızın səfalı guşələrində istirahətinin  təşkili istiqamətində tədbirlər davam etdirilir. Belə ki, nazirlik daha 165 nəfər əlilliyi olan şəxsi Lənkəran və Xaçmaz rayonlarındakı istirahət və sağlamlıq mərkəzlərinə yola salıb.

İstirahət müddətində əlilliyi olan şəxslər üçün musiqili-əyləncəli tədbirlər,  viktorinalar və s. də təşkil olunur. Onların istirahət və sağlamlıq mərkəzlərinə aparılıb gətirilməsi xüsusi nəqliyyat vasitəsi ilə həyata keçirilir.

İstirahətə yola salınan əlilliyi olan şəxslər Azərbaycan Prezidenti cənab İlham Əliyevin yüksək diqqət və qayğısı ilə əhatə olunduqlarını vurğulayıblar. Onlar sosial təminatlarının gücləndirilməsi sahəsində aparılan məqsədyönlü işlərə, habelə yaz-yay mövsümündə ölkəmizin səfalı guşələrində mənalı istirahət etmələri üçün yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “2016-cı il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən, cari il ərzində 1000 nəfərdən çox əlilliyi olan şəxsin istirahətinin təşkili nəzərdə tutulub. Onlardan artıq 255 nəfəri  Lənkəran və Xaçmaz rayonlarındakı istirahət və sağlamlıq mərkəzlərinə göndərilib.