YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Gülməmmədov: Ölkəmiz davamlı iqtisadi inkişaf tempini qoruyub saxlaya bilib

«Ötən il dünya iqtisadiyyatında sistemli böhranın davam etdiyi bir şəraitdə ölkəmiz davamlı iqtisadi inkişaf tempini qoruyub saxlaya bilib». Bu fikri Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

V.Gülməmmədov bildirib ki, keçən il dünya bazarında enerji resurslarının qiymətinin aşağı düşməsi tədiyyə balansında kəsirə səbəb olub və əvvəlki illərlə müqayisədə orta illik inflyasiya səviyyəsinin artmasına gətirib çıxarıb. Onun sözlərinə görə, düşünülmüş iqtisadi siyasət, qeyri-neft sektorunun inkişafının diqqətdə saxlanılması ilə dövlət büdcəsində nəzərdə tutulan gəlir və xərclər tam reallaşdırılıb: «Əvvəlki illərlə müqayisədə debitor borcların həcmi azalıb. Sədr dövlət büdcəsinin əsas parametrləri haqqında da məlumat verib».