YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səyavuş Heydərov: Azərbaycandakı multikultural və tolerant mühit qlobal təhlükəsizlik baxımından dünyaya töhfə verə biləcək səviyyədədir

«Azərbaycanda dövlət-din münasibətləri yüksək səviyyədədir». Bu fikri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr  müavini Səyavuş Heydərov deyib.

S.Heydərov bildirib ki, ölkəmizdə bütün dinlərin nümayəndələri yüksək təhlükəsizlik və əmin-amanlıq şəraitində yaşayırlar. Onun sözlərinə görə, Azərbaycanda mövcud olan tolerant və multikultural mühit dərin tarixi köklərə malikdir.

«Hazırda bəzi müsəlman ölkələrində, ümumilikdə Yaxın Şərq regionunda ciddi böhranlar yaşanır. Bu münaqişələrin həlli məqsədilə onun yaranma səbəbləri dərindən araşdırılmalı, o cümlədən İslam dininin siyasi maraqlar naminə istifadəsinin qarşısı alınmalıdır. Azərbaycandakı multikultural və tolerant mühit qlobal təhlükəsizlik baxımından dünyaya töhfə verə biləcək səviyyədədir. Dini zəmində baş verən münaqişələrin qarşısının zor və silah yolu ilə alınması mümkün deyil»- deyə, S.Heydərov vurğulayıb.