YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yaqub Mahmudov: Azərbaycan Xalq Cümhuriyyəti tariximizin şərəf səhifəsidir

«28 May tarixi Şərqin və türk dünyasının tarixində çox böyük gündür». Bu fikri AMEA-nın  Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov deyib.

Y.Mahmudov bildirib ki, Azərbaycan xalqı Gülüstan və Türkmənçayda parçalanmasına baxmayaraq I Dünya müharibəsinin gedişində, mürəkkəb tarixi şəraitdə ayağa qalxmağı bacardı və bütün dünyaya var olduğunu sübut etdi. Onun sözlərinə görə, dünyanın, Şərqin və türk dünyasının ən demokratik respublikasını Azərbaycan xalqı yaradıb.

«Qadınlara kişilərlə bərabər hüquqları ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti verib. Bütün qonşu dövlətlərə dostluq siyasətini biz elan elədik. Cümhuriyyət Azərbaycanda mənsəbindən, dinindən asılı olmayaraq bütün xalqlara bütün azadlıqları vəd etdi. O sübut etdi ki, Avropadan da, Rusiyadan da daha artıq dərəcədə demokratik ölkə yaratmağa qadirik. Azərbaycan Xalq Cümhuriyyətini yaradan ziyalıların xalqımız qarşısında ən böyük xidməti Azərbaycan dövlətçiliyini dirçəltmələridir. Bu cümhuriyyət bizim tariximizin şərəf səhifəsidir»- deyə, Y.Mahmudov vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv