YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fəzail İbrahimli: Azərbaycan tarixşünaslığında geniş, ətraflı tədqiq edilən sahələrdən biri də məhz Azərbaycan Xalq Cümhuriyyəti dövrüdür

«Sovetlər hakimiyyəti dövründə Azərbaycan Xalq Cümhuriyyətinin tarixi qapanmışdı, həmin tarixin araşdırılması qadağan olunmuşdu. Daha çox Rusiyada vətəndaş müharibəsi, bolşeviklərin qələbəsi adı altında 1918-ci ildə ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımı ört-basdır edilirdi. Yəni, 23 ay fəaliyyət göstərmiş müstəqil dövlətimizin tarixi saxtalaşdırılaraq onu quranlara “xain Müsavat hökuməti” damğası vurulmuşdu».  Bu fikirləri Milli Məclisin deputatı, tarix elmləri doktoru Fəzail İbrahimli deyib.

F.İbrahimli bildirib ki, sovetlər hakimiyyəti zamanında Azərbaycanda 1918-ci ilin martında soyqırım təşkil edən Şaumyan isə millətin qəhrəmanı kimi təqdim olunurdu. «Yadımdadır, hətta bizim gənclik illərimizdə ailə quran insanlar onun abidəsini ziyarət edirdilər. Çünki həmin qaniçən cani xalqımıza “qəhrəman xilaskar” kimi təqdim edilirdi. Bütün bunlara baxmayaraq, həqiqət öz yerini tutdu. Sovet imperiyasının dağılması ərəfəsində bu tarix açılaraq tədqiq olunmağa başladı. Bu gün Azərbaycan tarixşünaslığında geniş, ətraflı tədqiq edilən sahələrdən biri də məhz Azərbaycan Xalq Cümhuriyyəti dövrüdür. Bu dövr kifayət qədər araşdırılıb. Müasir dövlətimiz həmin tariximizlə qürur duyur, Xalq Cümhuriyyəti daim böyük ehtiramla yad edilir»- deyə, F.İbrahimli qeyd edib. 

DİGƏR Xəbərlər Arxiv