YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Parisdə 28 May-Respublika Günü münasibətilə rəsmi qəbul təşkil olunub

Parisdə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində ölkəmizin Fransadakı səfirliyi və UNESCO yanında daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə 28 May-Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib.

Tədbirdə Fransanın yüksək vəzifəli rəsmiləri, Xarici İşlər, Müdafiə nazirliklərinin əməkdaşları, senatorlar, Milli Assambleyanın deputatları, ölkədə akkreditə olunmuş diplomatik korpusun, eləcə də işgüzar dairələrin nümayəndələri, Azərbaycanın Dostları Assosiasiyasının üzvləri, diaspor təmsilçiləri, bu ölkədə yaşayan soydaşlarımız və tələbələr iştirak ediblər.

Rəsmi qəbul ziyafətlə davam edib.