YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kanadada Respublika Günü münasibətilə təntənəli ziyafət təşkil edilib

Mayın 24-də Azərbaycanın Kanadadakı səfirliyi tərəfindən paytaxt Ottava şəhərinin “Fairmont” mehmanxanasında 28 May – Respublika Günü münasibətilə təntənəli ziyafət təşkil edilib.

Səfirlikdən verilən məlumata görə, tədbirdə Kanada Xarici İşlər, Ticarət və İnkişaf Departamentinin yüksək vəzifəli rəsmiləri, digər dövlət qurumlarının təmsilçiləri, Ottavada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, o cümlədən Türkiyə, Gürcüstan, İsrail, Rusiya, Ukrayna və digər dövlətlərin səfirləri, eləcə də Ottava və Monreal şəhərlərində yaşayan Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Ziyafətdə giriş nitqi ilə çıxış edən Azərbaycanın Kanadadakı müvəqqəti işlər vəkili Ramil Hüseynli Respublika Gününün tarixi barədə iştirakçıları məlumatlandırıb, 1918-ci ildə yaranan Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin dövlətçilik ənənələrini bərpa etdiyini vurğulayıb. O, Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman şərqində ilk parlamentli respublika olduğunu və burada qadınlara səsvermə hüququnun Qərbin bir sıra demokratik ölkələrindən daha əvvəl şamil edildiyini söyləyib. Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın çətin bir inkişaf yolu keçdiyi, bütün problemlərə baxmayaraq, respublikamızın müasir dövrün sürətlə inkişaf edən ölkələrindən birinə çevrildiyi diqqətə çatdırılıb. Diplomat, həmçinin Azərbaycan-Kanada ikitərəfli münasibətlərinə toxunaraq ölkəmizin bu münasibətləri inkişaf etdirməkdə maraqlı olduğunu və bu məqsədlə yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb. Daha sonra o, Kanada ilə Azərbaycan arasında iqtisadi sahədə əldə olunan son nailiyyətlər barədə iştirakçılara məlumat verib.