YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Akif Əlizadə: Dünya elmi nailiyyətlərinin öyrənilməsi AMEA-nın həyata keçirdiyi elm siyasətinin əsas istiqamətlərindəndir

«Beynəlxalq elmi əlaqələrin dinamik inkişafı və dünya elmi nailiyyətlərinin öyrənilməsi Azərbaycan Milli Elmlər Akademiyasının  həyata keçirdiyi elm siyasətinin əsas istiqamətlərindəndir». Bu fikri AMEA-nın prezidenti, akademik Akif Əlizadə deyib.

A.Əlizadə bildirib ki, ölkədə təhsil sahəsində aparılan islahatlar bakalavriat və magistratura pillələrində əhəmiyyətli nəticələr verir. Onun sözlərinə görə, beynəlxalq elm aləminə tam inteqrasiya üçün elmi dərəcələr üzrə də islahatlara ehtiyac var.

«Bu istiqamətdə 2015-ci ilin dekabrından etibarən Avropa Komissiyasının “Erasmus+” proqramı çərçivəsində “Azərbaycanda doktorantura təhsilinin Avropa ali təhsil tələblərinə uyğun yenidən qurulması və inkişafı – Nizami” layihəsi fəaliyyətə başlayıb. Layihənin baş əlaqələndiricisi Fransanın Monpelye Universitetidir. Layihə çərçivəsində akademiyada və respublikanın ali təhsil müəssisələrində doktorluq təhsil sisteminin dünya standartlarına uyğunlaşdırılması üçün yeni modelin hazırlanması nəzərdə tutulub. Bu da öz növbəsində AMEA-nın qarşısında doktorantura təhsilində islahatlar istiqamətində öhdəliklər qoyur»- deyə, AMEA prezidenti vurğulayıb.