YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Azərbaycanın filiz sahələrinin öyrənilməsi, tədqiqi, kəşfiyyatı və işlənməsi ilə bağlı Sərəncam imzalayıb

Prezident İlham Əliyev mayın 25-də “Azərbaycan Respublikasında Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi sahəsində bir sıra tədbirlər haqqında” Sərəncam imzalayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, İqtisadiyyat Nazirliyinə və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinə Azərbaycan Respublikasının 2007-ci il 5 iyun tarixli 358-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Saziş üzrə Podratçı tərəflərə məxsus iştirak paylarının “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən alınması ilə bağlı zəruri tədbirlər görmək tapşırılıb.

Həmçinin İqtisadiyyat Nazirliyi Maliyyə Nazirliyi, Mərkəzi Bank və “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti ilə birlikdə Saziş üzrə Podratçı tərəflərə məxsus iştirak paylarının Cəmiyyət tərəfindən alınmasının maliyyələşdirilməsinə dair təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş alqı-satqı baş tutduqdan sonra Sazişin 26.6-cı maddəsinə uyğun olaraq Sazişə qarşılıqlı razılıq əsasında xitam verilməsi ilə bağlı zəruri tədbirlər görməlidir.

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinə tapşırılıb ki, bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş alqı-satqı baş tutduqdan sonra Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənməsini və səmərəli idarə olunmasını təmin etsin.

 

DİGƏR Xəbərlər Arxiv