YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Böyük İpək Yolunun bərpası birgə inkişafa və rifaha nail olmağa imkan verəcək

Böyük İpək Yolunun bərpası iştirakçı ölkələrin birgə inkişafa və tərəqqiyə nail olmalarına imkan verəcək.

Bu sözləri Qazaxıstanın Baş naziri Kərim Məsimov IX Astana İqtisadi Forumunda bəyan edib. O deyib: “Böyük İpək Yolu və ya “Bir qurşaq – bir yol” proqramı bizim ümumi tariximiz, inkişaf və rifah isə ümumi istəyimizdir. Qazaxlarda belə bir zərb-məsəl var: hər bir uzun yol ilk addımdan başlayır. Bu zərb-məsələ, demək olar, Avrasiya ərazisində tanıdığımız bütün dillərdə təsadüf olunur. Odur ki, Böyük İpək Yolunun bərpası istiqamətində ilk addımları atmaqla biz birgə inkişafa və rifaha doğru gedirik”.

“Bir qurşaq – bir yol” layihəsini XXI əsrin ən böyük layihələrindən biri hesab edən Baş nazir deyib: “Bu layihə Yer kürəsi əhalisinin, demək olar, dörddə üç hissəsini əlaqələndirir və birləşdirir, yeni transsərhəd mübadilənin, investisiya və işgüzar əməkdaşlığın və deməli, ölkələrimizin şaxələnməsinin inkişafına şərait yaradacaq tamamilə fərqli qarşılıqlı fəaliyyət və kooperasiya sistemi yaradır”.

Xatırladaq ki, Azərbaycan da “Yeni İpək Yolu” layihəsinin iştirakçısıdır. Azərbaycan Prezidenti İlham Əliyevin ötən ilin dekabrında Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində Azərbaycan Respublikasının Hökuməti və Çin Xalq Respublikasının Hökuməti arasında “İpək Yolunun iqtisadi qurşağı”nın yaradılmasının birgə təşviqi üzrə qarşılıqlı anlaşma haqqında Memorandum imzalanıb.