YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Qadınlar Şurası “Multikultural dəyərlər və azərbaycançılıq” mövzusunda tədbir keçirib

Bu gün Yeni Azərbaycan Partiyasının  Qadınlar Şurasının təşkilatçılığı ilə partiyanın Nəsimi rayon təşkilatının qərargahında  “Multikultural dəyərlər və azərbaycançılıq” mövzusunda tədbir keçirilib. Tədbirdə YAP-ın Nəsimi, Nərimanov, Nizami və Xətai rayon təşkilatlarının qadınlar şuralarının nümayəndələri iştirak ediblər. 

Tədbiri giriş sözü ilə açan YAP Nəsimi rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü, millət vəkili Məlahət İbrahimqızı bildirib ki, 2016-cı il Prezident İlham Əliyevin Sərəncamı ilə “Multikulturalizm ili” elan olunub: “Multikultural dəyərlərin Azərbaycan modelinin təbliği istiqamətində ölkəmizdə bir sıra tədbirlər həyata keçirilir. YAP cəmiyyətimizin siyasi avanqardı, ölkənin ən nüfuzlu, ən qüdrətli siyasi qüvvəsidir. Bu baxımdan YAP Qadınlar Şurasının bu istiqamətdə gördüyü işlər təqdirəlayiqdir. Paytaxtla yanaşı regionlarda da bu cür tədbirin keçirilməsi, multikulturalizmin Azərbaycan modelinin təbliğ olunması əlamətdar hadisədir”. 
YAP Qadınlar Şurasının sədr müavini, 1 saylı şəhər Klinik Xəstəxanasının baş həkim müavini Məhəbbət İbrahimova çıxış edərək bildirib ki, YAP üzvlərinin böyük hissəsini qadınlar təşkil edir və qadınların belə tədbirlər keçirməsi əhəmiyyətlidir. Onun sözlərinə görə, bəlkə də, Azərbaycan dünyanın yeganə ölkəsidir ki, burada müxtəlif dinlərin və məzhəblərin rəhbərləri daim görüşür, məsləhətləşir, ümumdövlət tədbirlərində isə onları həmişə bir arada görmək olur. Bu da ölkəmizdə tolerant, multikultural cəmiyyətin mövcudluğunun əyani göstəricisidir.
Sonra YAP Nəsimi rayon təşkilatında ərazi ilk partiya təşkilatı sədri, BSU-nun prorektoru Aygül Hacıyeva, YAP Nizami  rayon təşkilatı Qadınlar Şurasının sədri Sevda Abdullayeva, YAP Xətai rayon təşkilatı Qadınlar Şurasının sədri Aygün Əhmədli və  YAP Nəsimi rayon təşkilatı Qadınlar Şurasının üzvü Ülviyyə Vəliyeva çıxış edərək mövzunun aktuallığından bəhs ediblər.
YAP Qadınlar Şurası İdarə Heyətinin üzvü Zərifə Quliyeva çıxış edərək deyib ki, bu gün azərbaycançılıq ideologiyası və multikulturalizm bir-birini tamamlayan, mənəvi impulslarla zənginləşdirən dəyərləri özündə birləşdirir.

YAP Siyasi Şurasının üzvü, BDU-nun professoru İradə Hüseynova çıxış edərək multikultural dəyərlərin Azərbaycanda formalaşmasında, qorunmasında qadınların rolundan, onların ölkənin siyasi strukturunda özünəməxsus mövqeyindən geniş söz açıb.