YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Rüstəmov: Azərbaycanda bank sektorunun dəqiq diaqnostikası aparılır

Azərbaycanda bank sektorunun dəqiq diaqnostikası aparılır.

Bu barədə jurnalistlərə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.

"Diaqnostika yekunlaşdıqdan sonra xüsusi maliyyə sabitliyi proqramı hazırlanacaq və reallaşdırılacaq. Hesab edirəm ki, ölkənin bütün makroiqtisadi strukturları - Maliyyə Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası ölkədə maliyyə sabitliliyinin təmin edilməsi üzrə birgə ciddi iş aparırlar. Bu işlərin nəticəsində xüsusi maliyyə sabitliyi proqramı hazırlanacaq və reallaşdırılacaq. Bütün işlər bu plana uyğun davam etdiriləcək", - deyə E.Rüstəmov diqqətə çatdırıb.

 

DİGƏR Xəbərlər Arxiv