YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə İsrail arasında əməkdaşlığın aktual məsələləri müzakirə olunub

Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov İsraildə səfərdə olub. Səfər zamanı o, İsrailin Xarici İşlər Nazirliyinin, parlamentinin və digər dövlət orqanlarının rəsmiləri ilə görüşlər keçirib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşlər zamanı iki ölkə arasında əməkdaşlığın aktual məsələləri, eləcə də Yaxın Şərq və Cənubi Qafqazda regional məsələlər, o cümlədən nüvə təhlükəsizliyi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Bütün dövlətlərin, o cümlədən İranın nüvə enerjisindən sülh məqsədilə istifadə hüququnun olduğu bir daha təsdiq edilib. Həmçinin Ermənistanın Azərbaycana və bölgəyə qarşı törətdiyi təhlükələr haqqında qarşı tərəfə ətraflı məlumat verilib.

 

DİGƏR Xəbərlər Arxiv