YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Gülməmmədov: Qlobal maliyyə-iqtisadi proseslərin Azərbaycan iqtisadiyyatına da müəyyən təsirləri olub

«Dünyada yaşanan məlum qlobal maliyyə-iqtisadi proseslərin, böhranın ötən il  Azərbaycan iqtisadiyyatına da müəyyən təsirləri olub». Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

V.Gülməmmədov bildirib ki,  nəticədə 2015-ci il tədiyə balansının həssaslığının artması, orta inflyasiya həddinin daha da artması, manatın məzənnəsinin aşağı düşməsi kimi amillərlə səciyyələnib. Onun sözlərinə görə, bütün bunlara baxmayaraq, ölkə başçısının düşünülmüş siyasəti, iqtisadiyyatda şaxaləndirmə və digər məqamlar nəticəsində Azərbaycan iqtisadiyyatının inkişafında dayanıqlılıq təmin olunub.

O, deyib ki, 2015-ci ildə həmçinin, xarici borclanmanın həddi təmin olunub, yəni, bu hədd əvvəldən müəyyən olunduğu kimi qalıb.