YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb

Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə təbrik ünvanlayıb.

Təbrikdə deyilir: “Ölkələrimiz arasında yaranmış qarşılıqlı faydalı əməkdaşlığın yüksək səviyyəsini qeyd etmək istərdim. Qəti əminəm ki, bu münasibətlər Türkmənistanın və Azərbaycanın dost xalqları naminə bundan sonra da durmadan inkişaf edəcək və möhkəmlənəcək.

Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq, dost Azərbaycan xalqına isə sülh, tərəqqi və rifah arzu edirəm.”