YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ziyafət Əsgərov: Amnistiya aktları Azərbaycan dövlətinin humanist mahiyyətini göstərən əsas əlamətlərdən biridir

«1995-ci ildən bu günə qədər respublikamızda 61 əfv fərmanı imzalanıb». Bunu Milli Məclis sədrinin birinci müavini Ziyaət Əsgərov parlamentin bu gün keçirilən iclasında «28 May – Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında» qərar layihəsinin müzakirəsi zamanı deyib.

Z. Əsgərov bildirib ki, həmin dövrdən indiyə qədər 10 amnistiya aktı qəbul olunub. «Bu,  sözsüz ki, hər şeydən əvvəl Azərbaycan dövlətinin humanist mahiyyətini və dövlət rəhbərlərinin humanist xarakterini göstərən əsas əlamətlərdən biridir.  Qeyd edim ki, amnistiya aktlarının 3-ü Heydər Əliyev Fondunun təşəbbüsü ilə qəbul olunub. Bu gün müzakirə çıxarıln sənəd də məhz Fondun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva tərəfindən parlamentə təqdim olunub. Bu təşəbbüs cəmiyyətimiz tərəfindən yüksək qarşılanır. Çünki atılan bu addım böyük humanist mahiyyət kəsb edir»- deyə, birinci vitse-spiker vurğulayıb.