YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İrana səfər edəcək

Mayın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının başçılıq etdiyi nümayəndə heyəti İranın İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının sədri Əbuzər İbrahimi Türkmanın dəvəti ilə bu ölkəyə səfər edəcək.

Komitənin Mətbuat xidmətindən verilən məlumata görə, nümayəndə heyəti Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı il 11 mart tarixli sərəncamı ilə təsdiq edilmiş 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" elan edilməsinə dair tədbirlər planına uyğun olaraq Təbriz şəhərində "Radikalizmlə mübarizədə İslam həmrəyliyi" devizi altında keçiriləcək "Azərbaycan-İslam mədəniyyətinin incisi" adlı fotosərginin açılış mərasiminə qatılacaq.

Mayın 26-dək davam edəcək səfər çərçivəsində iki ölkə arasında dini sahədə mövcud əlaqələr və gələcək əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə olunacaq.

Eyni zamanda, M.Qurbanlının İranın Ali Dini Rəhbəri Ayətullah Seyyid Əli Xameneyinin Təbrizdəki nümayəndəsi Ayətullah Müctehid Şəbüstəri, Şərqi Azərbaycan ostanının ostandarı Esmail Cabbarzadə, digər dövlət rəsmiləri və din xadimləri, həmçinin, Təbriz Universitetinin tələbələri ilə görüşləri nəzərdə tutulub.

 

DİGƏR Xəbərlər Arxiv