YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakı rusiyalı turistlərin ən çox səyahət etdikləri 5 şəhər siyahısına daxil olub

Rusiyanın “Travel.ru” saytının məlumatına əsasən, Azərbaycanın paytaxtı Bakı rusiyalı turistlərin yayda istirahət üçün ən çox səyahət etdikləri 5 şəhər siyahısına daxil olub.

Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, reytinq əsasən iyunun 1-dən avqustun 31-dək turistlər üçün mehmanxana, mənzil tipli mehmanxana və sərbəst səyahətə görə bron edilən yerlər üzrə təyin edilib.

Hazırda rusiyalı turistlər üçün Bakı və Minsk ən aşağı büdcəli paytaxt (yaşamaq üçün sutkada orta hesabla 45 avro - 76 AZN), London isə ən bahalı paytaxtdır (orta hesabla 200 avro – 338 AZN).

İlk onluqda Praqa, Minsk, Paris, Riqa, Bakı, Tallinn, Roma, Barselona, Helsinki və London şəhərləri yer alıb.