YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xarici ölkələrin Azərbaycandakı hərbi attaşeləri Silahlı Qüvvələrimizin hərbi hissəsini ziyarət ediblər

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına əsasən, ölkəmizdə akkreditə olunan xarici dövlətlərin hərbi attaşeləri üçün mayın 17-də Silahlı Qüvvələrin hərbi hissəsinə tanışlıq səfəri təşkil olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, səfər çərçivəsində qonaqlara hərbi hissə barədə brifinq təqdim edilib, onların sualları cavablandırılıb.

On beş dövləti təmsil edən hərbi attaşelik aparatının 20-dən çox nümayəndəsi əsgər yeməkxanası, yataqxana binaları, məşğələ otaqları, təlim nöqtələri və digər obyektlərlə tanış olublar. Həmçinin qonaqlar hərbi hissənin yaranma günü ilə bağlı keçirilən tədbirdə də iştirak ediblər.

Hərbi attaşelər səfərin yüksək səviyyədə təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

 

 

DİGƏR Xəbərlər Arxiv