YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Almaniyanın nüfuzlu “Berliner Freitagrunde” təşkilatı Dağlıq Qarabağ münaqişəsinə dair bəyanat yayıb

Almaniyanın nüfuzlu “Berliner Freitagrunde” təşkilatı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair bəyanat yayıb.

Bəyanatda Ermənistandan Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmağı dayandırmaq və beynəlxalq hüquq normalarına riayət etmək tələb olunur.

Bildirilir ki, cəbhə xəttində qarşıdurmanın yaranmasının səbəbi Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlaması və beynəlxalq hüququn norma və prinsiplərini pozmasıdır. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal altındakı torpaqlarından qeyd-şərtsiz çıxması, məcburi köçkün azərbaycanlıların Dağlıq Qarabağa və işğal olunmuş ətraf rayonlara qayıtması sülh prosesinin əsas şərtidir. Bu şərtlər BMT Təhlükəsizlik Şurasının, ATƏT-in, Avropa Parlamentinin və Almaniya Bundestaqının qətnamələrində Ermənistandan tələb edilsə də, işğalçı ölkə buna məhəl qoymur.

Bəyanatda ATƏT-in sədri kimi Almaniya beynəlxalq hüquq əsasında sülh prosesini yenidən canlandırmağa və münaqişənin dinc yolla həlli üçün böyük səylə çalışmağa çağırılır.