YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hicran Hüseynova: Azərbaycan ailələri möhkəmliyi və adət-ənənələrə sadiqliyi ilə hər zaman seçilib

«Azərbaycan ailələri möhkəmliyi və adət-ənənələrə sadiqliyi ilə hər zaman seçilib». Bu fikri Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

H.Hüseynova bildirib ki, ölkəmizdə hər ilə 15 may Beynəlxalq Ailə Günü qeyd edilir. Onun sözlərinə görə, müasir Azərbaycan ailəsi öz quruluşunda əvvəlki ənənəvi ailələrdən əhəmiyyətli dərəcədə fərqlənir.

«Son illər ailələr bir sıra problemlərlə qarşılaşırlar. Cəmiyyətdə məişət zorakılığı, erkən nikah və təhsildən yayınma halları, intiharlar, xüsusilə uşaq intiharlarının sayının artması müşahidə olunmaqdadır. Tək valideynli, tək uşaqlı ailələrin sayı artıb. Son statistik hesablamalara görə, hazırda Azərbaycanda 2 milyon 62 min 30 ailə var. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində “Azərbaycan ailəsi Strategiyası” hazırlanır. Sənəddə ailə institutunun möhkəmləndirilməsi istiqamətində sosial, səhiyyə, psixoloji, hüquqi məsələləri özündə əks etdirən təkliflər hazırlanıb»- deyə, H.Hüseynova vurğulayıb.