YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hadi Rəcəbli: Peşə təhsili əhalinin məşğulluğunun təminatında ciddi rol oynayır

«Peşə təhsili əhalinin məşğulluğunun təminatında ciddi  rol oynayır». Bu fikri yap.org.az saytına Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

H.Rəcəbli bildirib ki, müxtəlif peşə sahibləri sosial kateqoriyanın tərkib hissəsidir. Onun sözlərinə görə, hər kəs ali təhsil ala bilmir və bu səbəbdən də onların müxtəlif peşələrə yiyələnmələri önəmlidir.

«Çünki ali məktəblərə qəbul prosesində müəyyən kvota var və hər kəs ali təhsil almaq imkanına malik deyil. Ona görə də, belə insanların müxtəlif peşələrə yiyələnmələri zəruridir. Etiraf edək ki, hazırda peşə təhsili qənaətbəxş deyil, peşə məktəbləri müasir tələblərə cavab vermir, onların əksəriyyətinin emalatxanaları yoxdur. lakin artıq bu isiqamətdə işlər gedir. Dövlət başçısının sərəncamı ilə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılıb. Bu qurumun yaradılmasında əsas məqsəd də bu sahəni dirçəltməkdir. Görülən belə tədbirlər ölkəmizdə həyata keçirilən sosial siyasətin tərkib hissəsidir»- deyə, H.Rəcəbli vurğulayıb.