YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycançılıq ideologiyası və multikulturalizm bir-birini tamamlayan dəyərləri özündə birləşdirir

«Azərbaycançılıq ideologiyası və multikulturalizm bir-birini tamamlayan, mənəvi impulslarla zənginləşdirən dəyərləri özündə birləşdirir». Bu fikri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın beynəlxalq əlaqələr şöbəsinin müavini Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, multikulturalizm bir siyasət kimi öz mahiyyəti baxımından tolerantlıqla da sıx bağlıdır.Onun sözlərinə görə, multikulturalizm müxtəlif mədəniyyətlərin paralel şəkildə yaşamasını qəbul edən tolerant cəmiyyətin başlıca xüsusiyyətlərindən biridir.

«Tolerant cəmiyyətdə multikulturalizm mədəniyyətlərin qarşılıqlı surətdə zənginləşməsinə, xalqları birləşdirən mədəniyyətin formalaşmasına səbəb olur ki, bu da insanların gələcək mədəni birliyi məqsədilə bir mədəniyyətin digər mədəniyyətə inteqrasiya prosesi ilə əlaqədardır. Azərbaycan qadınları xoşbəxtdir, çünki ona özünü təsdiq etmək, seçib-seçilmək, övladlarının səadəti, ölkəmizin inkişafı prosesində iştirak etmək üçün bütün imkanlar yaradılıb. Bunun özü də tolerantlığın bir nümunəsidir»- deyə, S.Fətəliyeva qeyd edib.