YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

AİİB-in Rəhbərlər Şurasının ilk iclası Pekində keçiriləcək

İyunun 25-26-da Pekində Asiya İnfrastruktur İnvestisiya Bankının Rəhbərlər Şurasının ilk iclası keçiriləcək.

Bankın mənzil-qərargahından verilən məlumata görə, iclasda AİİB-in təsisçi-üzvü olan 57 ölkənin nümayəndələri, habelə müşahidəçi və beynəlxalq tərəfdaş maliyyə qurumlarının nümayəndələri, özəl sektorun, vətəndaş cəmiyyətinin təmsilçiləri iştirak edəcəklər.

Azərbaycanın da təsisçi-üzvü olduğu bank Asiya regionunda enerji, nəqliyyat, şəhərsalma, su təchizatı, logistika və digər sahələr üzrə infrastruktur layihələrini maliyyələşdirir.

 

DİGƏR Xəbərlər Arxiv